İN/L-334/2018 nömrəli Xüsusi Lisenziya
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Təmiz Qaz” QSC-yə təqdim edilmiş lisenziya “Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması”nı həyata keçirməyə imkan verir.
İN/L-243/2019 nömrəli lisenziya
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 29 iyul 2019-cu ildə “Təmiz Qaz” QSC-yə təqdim edilmiş lisenziya “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi”ni həyata keçirməyə imkan verir.
İN/L-335/2018 nömrəli lisenziya
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “Təmiz Qaz” QSC-yə təqdim edilmiş lisenziya “Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi”ni həyata keçirməyə imkan verir.
AZS İSO/İEC 17025 : 2020
Bu attestat təsdiq edir ki, Bakı şəhəri, Əhməd Rəcəbli-3 küçəsi 5 ünvanında yerləşən “Təmiz Qaz” QSC-nin Qaz analizatorlarının kalibrləmə labaratoriyası qaz detektorları və qaz analizedicilərinin kalibrlənməsini həyata keçirilməsi üçün AZS İSO/İEC 17025:2020 “Sınaq və kalibrləmə labaratoriyalarının saləhiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur.
AZS İSO 17020-2008
Bu attestat təsdiq edir ki, Bakı şəhəri, Əhməd Rəcəbli-3 küçəsi 5 ünvanında yerləşən “Təmiz Qaz” QSC AZS İSO 17020-2008 “İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar” standartına uyğun akkreditasiya olunmuşdur və akkreditasiya sahəsi əsasında (“qaz sızmalarının təyini”, “qaz və su borularının korroziyaya uğrama vəziyyətinin ultrasəs diaqnostikası”) uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.
ISO 14001 : 2015
ISO 14001 : 2015 Bureau Veritas Certification Holding SAS - UK Branch təsdiq edir ki, Bakı şəhəri, Əhməd Rəcəbli -3 küçəsi, 5 ünvanında yerləşən "Təmiz Qaz" QSC-nin menecment sistemi yoxlanılmış və İSO 14001 : 2015 "İdarəetmə sistemi" menecment sisteminin standartlarının tələblərinə uyğun gəlir.
İSO 45001:2018
Bureau Veritas Certification Holding SAS - UK Branch tesdiq edir ki, Bakı şəhəri, Əhməd Rəcəbli-3 küçəsi 5 ünvanında yerləşən “Təmiz Qaz” QSC-nin menecment sistemi yoxlanılmış və İSO 45001:2018 “Peşə Sağlamlığı və Təhlükəsizliyini İdaretmə Sistemi” menecment sisteminin standartlarının tələblərinə uyğun gəlir.
Əhatə olunan sahə (“Yeraltı və yerüstü qaz xətlərinə texniki baxış”)
İSO 9001:2015
İSO 9001:2015Bureau Veritas Certification Holding SAS - UK Branch tesdiq edir ki, Bakı şəhəri, Əhməd Rəcəbli-3 küçəsi 5 ünvanında yerləşən “Təmiz Qaz” QSC-nin menecment sistemi yoxlanılmış və İSO 9001:2015 “Keyfiyyət İdaretmə Sistemi” menecment sisteminin standartlarının tələblərinə uyğun gəlir.
Əhatə olunan sahə (“Yeraltı və yerüstü qaz xətlərinə texniki baxış”)
Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2022” Baku Energy Week (1 iyun-3 iyun)
Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2022” Baku Energy Week (1 iyun-3 iyun)
İyunun 3-dək davam edən sərgidə "B2B” formatlı ikitərəfli görüşlər keçirilmişdir. “Təmiz Qaz” QSC tədbirdə iştirak edərək mükafata layiq görülmüşdür.
Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2022” Baku Energy Week (1 iyun-3 iyun)
Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2022” Baku Energy Week (1 iyun-3 iyun)
İyunun 3-dək davam edən sərgidə “Təmiz Qaz” QSC iştirak edərək mükafata layiq görülmüşdür.
Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” (31 may-3 iyun)
31 may-3 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgisi keçirilmişdir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirilmişdir. “Təmiz Qaz” MMC ilk dəfə bu sərgidə iştirak etmiş və mükafata layiq görülmüşdür.
Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2018” (29 may-1 iyun)
Mayın 29-da Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgi-konfransı, eləcə də VIII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2018” sərgisi fəaliyyətə başlamışdır. Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgi və konfransı 25 illik yubileyini qeyd edir. Sərgi əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirib. Sərginin tərkibi tədbir iştirakçılarının 20 faizini təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Yeni iştirakçıların əksəriyyəti Azərbaycanın neft-qaz bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Həmçinin sərgi iştirakçılarının 30 faizini təşkil edən yerli şirkətlər arasında da debütantlar var.“Təmiz Qaz” QSC ikinci dəfə bu sərgidə iştirak etmiş və mükafata layiq görülmüşdür.
Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2019” (29 may-1 iyun)
Mayın 29-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən irimiqyaslı tədbiri -26-cı Beynəlxalq "Xəzər Neft və Qaz” ("Caspian Oil and Gas”) sərgisi keçirilmişdir.Tanınmış beynəlxalq platforma və regionun neft-qaz sənayesinin əsas tədbiri olan sərgi hər il neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təminatı üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. "Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandum, saziş və müqavilələr imzalanır. İştirakçı şirkətlər tərəfindən neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin olunması, eləcə də servis xidmətlərini təqdim olunmuşdur.İyunun 1-dək davam edən sərgidə "B2B” formatlı ikitərəfli görüşlər keçirilmiş “Təmiz Qaz” QSC tədbirdə iştirak edərək mükafata layiq görülmüşdür.
Caspian European Club bürünc üzvlük
Dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən (və ya bu niyyətdə olan), dinamik inkişaf edən nəhəng regional təşkilatdır.
“BakuBuild 2019” B2B formatlı görüşlər
Xarici və yerli istehsalçı və distribyutorların iştirakı ilə “B2B” formatlı görüşlərdə iştirak edərək əməkdaşlıq perspektivlərinin üzbəüz müzakirəsi aparılmışdır.