Avadanlıq və laboratoriya

“Təmiz Qaz” QSC tabeliyində xüsusi kalibrləmə laboratoriyası fəaliyyət göstərir. Qaz analizatorları və yeraltı boruların təsbiti cihazlarının kalibrləmə laboratoriyası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunmuşdur.

 

 

Laboratoriyada qaz analizatorların və yeraltı boruların təsbiti cihazlarının kalibirlənməsi, həmçinin xüsusi avadanlıqlar vasitəsi ilə təmiri həyata keçirilir. Görülən işlərin sırasına cihazların gündəlik təmizlənməsi, vizual baxışdan keçirilməsi və dövri kalibrlənməsi daxildir.