Regional mərkəzlər

“Təmiz Qaz” QSC-nin sturukturunda respublika ərazisində 68 şəhər və rayonu əhatə edən 10 Regional Mərkəz (RM) fəaliyyət göstərir. Hər bir Regional Mərkəzdə mühəndis və xətt baxıcılarından ibarət peşəkar heyət çalışır.

Bakı Regional Mərkəz

+994 12 404 85 90/93

*1004

Əhməd Rəcəbli 3 küçəsi, 5 AZ1075, Bakı, Nərimanov r-nu.

İşçi qruplar

“Təmiz Qaz” QSC-nin yerlərdə fəaliyyətin təşkili üçün müxtəlif xidmət növlərinə uyğun müasir avadanlıqlarla təchiz edilmiş və peşəkar heyətə malik işçi qrupları 4 əsas istiqamətdə ixtisaslaşmışdır:

Mobil Qruplar

Mobil Qruplar yeraltı, orta və aşağı təzyiqli xarici qaz kəmərlərinə, həmçinin magistral qaz kəmərlərinə texniki baxışın keçirilməsini icra edir. Mobil qrupların iş prinsipi iki formada təşkil olunur:

  1. Maşınlarla "PMD" detektoru vasitəsilə
  2. Piyada gəzmə üsulu ilə SENSİT GOLD “G2” cihazlarının köməyi ilə

Mobil qruplar yer altında çəkilmiş polad və polietilen boruların istiqamətini və dərinliyini “C-Scope MXL” və “Ultra Trac MSL” cihazlarının köməyi ilə təyin edə bilirlər. Sözügedən cihazlar sayəsində tez bir zamanda yeraltı sızmaların yerini və səviyyəsini aşkar etmək, gələcəkdə baş verə biləcək partlayışların qarşısını almaq mümkün olur.

Piyada Qrupu

Piyada qruplarının iş prinsipi sifarişçinin (“Azəriqaz” İB və ya digər müəssisələr) tələblərinə əsasən, yerüstü xarici qaz kəmərlərində (kəmərlərin üzərində, qaynaq yerlərində, yivli birləşmələrdə) və kəmərlərin üzərində quraşdırılmış sayğacların giriş ventilinə qədər olan hissələrdə sızmaları aşkar edib, sifarişçiyə ötürməkdən ibarətdir. Qrupun fəaliyyətinə yerüstü xarici qaz kəmərlərinin çəkilişi zamanı və istismar müddəti vaxtı yaranmış uyğunsuzluqların və qanunsuz qoşulmaların aşkar edilməsi, bununla bağlı müvafiq təşkilata məlumat verməkdir. Piyada qrupunun xətt baxıcıları əsasən “Sensit G2” cihazından istifadə edirlər.

QTŞ Qrupu

QTŞ və siyirtmə qrupları əsasən yeraltı və yerüstü xarici qaz kəmərlərinin üzərində quraşdırılmış tənzimləyici, bağlayıcı avadanlıqlara texniki baxış keçirirlər. Ehtiyac olduqda qrup tərəfindən avadanlıqlarda təmir və nizamlama işləri də aparılır.

Təmir Qrupu

Təmir Qrupunun əsas fəaliyyət istiqaməti ixtisaslaşdırılmış texniki heyət tərəfindən xarici paylayıcı qaz kəmərlərindən sayğaca qədər olan hissələrdə sızıntıların aşkarlanması, həmçinin sayğacın dəyişdirilməsindən ibarətdir:

  • Sözügedən proses ardıcıl olaraq mühafizə qutusunun və sayğacın giriş-çıxış birləşmələrinin sökülməsi ilə başlanır.
  • Baş verə biləcək sızmaların qarşısının alınması məqsədilə dirsək birləşməsini əvəz etmək üçün soyuq boru əymə dəzgahında müəyyən bucaq altında əyilir.
  • Həndəsi ölçülərə uyğun hazırlanmış  və dəzgahda əyilmiş və yenilənmiş borunun digər ucu qaynaq üsulu ilə paylayıcı küçə xəttinə birləşdirilir.
  • Quraşdırılmış sayğacın birləşmə nöqtələrinə ixtisaslaşdırlmış texniki heyət tərəfindən qazanalizator vasitəsi ilə texniki baxış keçirilir və aktlaşdırılır. Yeni xətt korroziya əleyhinə boya ilə  rənglənir.
  • Sayğac metroloq tərəfindən aidiyyəti üzrə plomblanılır və xüsusi aktla qeydiyyata alınır.

 

Qaz sayğaclarının təftişi qrupu

  • Məişət qaz sayğaclarına xarici metroloji texniki baxışın keçirilməsi
  • Məişət qaz sayğaclarının daxilinə texniki baxışın keçirilməsi, müdaxilələrin aşkarlanması, aktla rəsmiləşdirilməsi, «Azəriqaz» İB-nə və abonentə təqdim edilməsi
  • Məişət qaz sayğaclarındakı qaz sızmalarının aradan qaldırılması
  • Məişət qaz sayğaclarının yeniləri ilə əvəz edilməsi