Xidmətlər
Şəxsi evlərdə və mənzillərdə qaz borularının sızmalarının yoxlanılması
Şəxsi evlərdə və mənzillərdə qaz borularının sızmalarının yoxlanılması

 

Evlərin qızdırılması, isti su təminatı və mətbəx fəaliyyəti üçün məişətdə qazdan geniş istifadə olunur. Yaşayış sahələrində qaz təchizatında baş verə biləcək hər hansı texniki problemlər həyati əhəmiyyətli vasitələrin təminatında çətinliklərə səbəb olur. Bununla yanaşı, şəxsi evlər və mənzillərdə baş verə biləcək qaz sızmaları maddi zərərlə yanaşı, həyati təhlükə də yarada bilər. Bu kimi sızmaların vaxtında və dəqiq aşkar olunmaması zaman keçdikcə ciddi fəsadlara gətirib çıxarır. "Təmiz Qaz" QSC-nin şəxsi evlərdə və mənzillərdə qaz borularının qaynaq və yivli birləşmələrində sızmaların yoxlanılması xidməti sadalanan risklərin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir.

 

Cari xidmət iki formada həyata keçirilir:

•  İndividual sifarişlər əsasında

•  Qrup sifarişləri əsasında