Texniki imkanlar

Texniki baxış zamanı qaz kəmərlərində və avadanlıqlarında qaz sızmalarının yerlərini, dərəcələrini  müəyyən etmək üçün xüsusi avadanlıqlarla  təchiz olunmuş avtomaşınlardan,  mobil qurğulardan, xüsusi detektorlardan,  yeraltı kabellərin, polietilen və polad boruların yeraltı istiqamətini, kəsişmə və qaynaq nöqtələrini  müəyyən edən cihazlardan istifadə olunur. Qaz sızmalarının yerini və dərəcəsinin vaxtında aşkar etməklə  baş verə biləcək  yanğın, partlayışların qarşısını almaq, qaz itkilərinin həcminin azaldılmasına yardımçı olmaq və ətraf mühitin qorunmasına töhfə vermiş oluruq.

Qeyri-dağıdıcı nəzarət metodu olan NDT UT – ultrasəs defektoskopiyasının tətbiqi ilə metal qaynaq tikişlərində, (borular, müxtəlif metal konstruksiyalar) polad qaynaq tikişlərində ultrasəs ilə defektlərin müəyyən edilməsinə imkan verir.

“Təmiz Qaz” QSC inspeksiya orqanının əsas məqsədi diagnostikaları yüksək dəqiqliklə aparmaq, sifarişçilərə qaynaq tikişlərinin keyfiyyətinə dair rəy təqdim etmək və gözlənilən fəsadlar barədə sifarişçiləri xəbərdar etməkdir. Fəaliyyət zamanı müasir standartlara cavab verən cihaz və avadanlıqlardan istifadə olunur.

Cihazlar
SENSIT ® GOLD G2

SENSIT ® GOLD G2

Qaz sızmasını təsbit edən detektor

Daha ətraflı
SENSIT ® PMD

SENSIT ® PMD

Portativ metan detektoru

Daha ətraflı
Testo 300

Testo 300

Qaz avadanlıqlarının bacalarında olan tullantı qazlarının miqdarını müəyyən etmək üçün nəzərdə tutulmuşdur

Daha ətraflı
SENSIT ® P400

SENSIT ® P400

Çox kanallı qaz analizatoru

Daha ətraflı
Laser Methane mini-G

Laser Methane mini-G

Portativ və yığcam metan detektoru

Daha ətraflı