İstehsalat sahəsində yeni texnologiyaların tətbiqi məqsədilə polad boruların kontaksız maqniometrik metodla yoxlanılması üçün bu sahə üzrə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsi öyrənilmiş, zəruri cihaz və avadanlıqlar alınaraq ölkəmizdə uğurla tətbiq edilməkdədir.Kontaktsız maqniometrik metod vasitəsilə yeraltı polad borularda zədələnmələri, korroziya və s. defektləri qısa müddətdə aşkar etmək, gərginlik konsentrasiyası zonalarını təyin etmək mümkündür.Ənənəvi qeyri-dağıdıcı diaqnostika üsulları və vasitələri (NDT) ilə müqayisədə yeni diaqnostika metodunun əsas praktiki üstünlükləri aşağıdakılardır:
• Metodun tətbiqi üçün xüsusi maqnitləşdirici qurğular tələb olunmur, çünki onların istismarı prosesində avadanlıq və konstruksiyaların maqnitləşməsi fenomenindən istifadə olunur.
• Polad borlarda əvvəlcədən məlum olmayan, gərginlik konsentrasiyası cəmləşdiyi nöqtələr xüsusi skaner cihazları vasitəsilə nəzarət prosesində müəyyən edilir.
• Metalın təmizlənməsi və yoxlanılan səthlərin öncədən diaqnostikaya hazırlanması tələb olunmur.
• Təklif olunan üsula uyğun nəzarəti həyata keçirmək üçün kiçik ölçülü cihazlardan və avtonom enerji təchizatından istifadə olunur.