Şirkətimiz bu işlərin icra edilməsi üçün təcrübəli və sertifikatlı işçilərə, müvafiq lisenziyaya, cihaz və avadanlıqlarla malikdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011 ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"-na əsasən sənaye qurğuları qəbul komissiyası tərəfindən istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra onların texniki pasport göstəricilərinə uyğun normal və davamlı işinin təmin edilməsi üçün xüsusi razılığı (lisenziyası) olan sazlama təşkilatı tərəfindən buraxılış-sazlama və rejim-sazlama işləri aparılmalıdır.
Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair sazlama təşkilatı tərəfindən müvafiq akt tərtib olunur. Buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akta əsasən sənaye qurğuları ismara buraxılır.
Şirkətimizin peşəkar mütəxəssisləri tərəfindən buraxılış sazlama və rejim-sazlama işləri yerinə yetirilir. Yerinə yetirilmiş işlər müvafiq akta rəsmiləşdirilir. Yoxlamaların nəticəsinə uyğun olaraq sifarişçiyə yekun buraxılış-sazlama və rejim sazlama aktı verilir.