Xəbərlər
11 Oktyabr 2024

Yeraltı qaz kəmərlərinə texniki baxış qrupu

Mobil qrupları yeraltı aşağı, orta və yüksək təzyiqli qaz kəmərlərinə texniki baxış keçirirlər. Əsasən “PMD” qaz detektorlarından istifadə edirlər. İş prinsipi əsasən iki formada tənzimlənmişdir : maşınlarla "PMD" detektoru və piyada üsul ilə “SENSİT GOLD G2”   cihazların köməyi ilə. Mobil qruplar yer altında çəkilmiş polad və polietilen boruların istiqamətini və dərinliyini istifadəmizdə olan “C-Scope MXL” və “Ultra Trac MJL” cihazlarının köməyi ilə təyin edə bilir. Bu cihazların köməyi ilə mobil qruplar tez bir zamanda yeraltı sızmaların yerini və səviyyəsini aşkar edir, gələcəkdə baş verə biləcək partlayışların qarşısını almağı bacarırlar.

Yeraltı qaz kəmərlərinə texniki baxış keçirilərkən qaz təsəruffatında təhlükəsizlik qaydalarına uyğun olaraq qaz kəmərinin 15 metr radiusunda bütün qaz və texnoloji quyularda (Su, kanalizasiya rabitə, elektrik və s.) qaz mühitinin olub olmaması yoxlanılır.