Xəbərlər
26 May 2022

19-20 may tarixlərində Ağsu Regional əməkdaşlarının iştirakı ilə təlimlər keçirilmişdir

19-20 may tarixlərində Ağsu Regional əməkdaşlarının iştirakı ilə təlimlər keçirilmişdir. İşçi və mühəndis heyətinin istehsalat təcrübəsinin artırılması, qaz sayğaclarına texniki baxış qaydaları və metroloji təminat, cihazlardan düzgün istifadə qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunması, sızma zamanı baş verə biləcək risklərin azaldılması, dispetçerlərin işinin təşkili mövzularını əhatə edən təlimlərdə Texniki istehsalat, Metrologiya, Texniki nəzarət, SƏTƏM və Əməyin təhlükəsizliyi, İT və Texniki təminat şöbələrinin mütəxəssisləri, Bakı RM-in mühəndisləri tərəfindən nəzəri biliklər əhatəli şəkildə təlim iştirakçılarının diqqətinə çatdırılıb. İş prosesində ortaya çıxan problemlər ətrafında geniş müzakirələr aparılıb.