Xarici təsirlərin yaradacağı risklərin qarşısının alınması məqsədilə qaz kəmərlərinin yer altında quraşdırılması yanaşmasından istifadə edilir. Ancaq bu kimi hallarda da kəmərlərdə ətraf təsirlər və korroziya nəticəsində müxtəlif deformasiya və qırılmalar baş verə bilir. Şirkətimizin peşəkar mütəxəssisləri ixtisaslaşmış avadanlıqlardan istifadə etməklə yeraltı qaz kəmərlərində yaranan sızmaların yerini və dərəcəsini yüksək dəqiqliklə təyin edir.
• Qaz kəmərlərində, siyirtmələrində və ətrafındakı texnoloji quyularda qaz sızmasının yerinin və dərəcəsinin müəyyən edilməsi.
İstifadə olunan avadanlıq: Sensit PMD
• Yeraltı polad, polietilen və çuqun boru və kabel xətlərinin dərinliyinin və istiqamətinin təsbit edilməsi.
İstifadə olunan avadanlıq: C-Scope MXL@MJL
• Polietilen qaz və su xətlərinin qaynaq yerlərinin keyfiyyətinin ultrasəs üsulu ilə müayinəsi.
İstifadə olunan avadanlıq: Scaner
• Yeraltında metal, plastik, fiberqlas və bir çox materiallardan hazırlanmış boru xətlərinin yerinin təsbit edilməsi.
İstifadə olunan avadanlıq: Ultra Track APL
• Yeraltı metal və digər yeraltı kommunikasiya qaz və ya su xətlərində yol boyunca olan boşluqların və kənar birləşmələrin təsbit edilməsi.
İstifadə olunan avadanlıq: LMX 100