Xəbərlər
02 May 2024

"DMS" şirkətinin təlimi

22-26 aprel 2024-cü il tarixlərində "Təmiz Qaz" QSC-də Türkiyənin "DMS" şirkətinin nümayəndələrinin iştirakı ilə təlimlər keçirilibdir. Təlimlər zamanı “DMS" şirkətinin təsisçisi Sıddıq Tunçtan və şirkətin icraçı direktoru Ali Akansoy tərəfindən qaz sızmalarının yerini və dərəcəsini təyin edən cihazların xüsusiyyətləri haqqında, həmçinin onlardan istifadə qaydaları barəsində iştirakçılara hərtərəfli məlumatlar və bilgilər verilibdir. Baş ofisdə mühəndis və işçi heyətinin iştirakı ilə keçirilən təlimlərdə digər  Regional Mərkəzlərin işçi heyəti də onlayn şəkildə iştirak ediblər.

Təlimlərin sonunda keçirilən mövzular ətrafında iştirakçıların bilik və bacarıqları qiymətləndirilibdir.