Xəbərlər
12 Oktyabr 2022

Regional mərkəzlər üzrə cihazların dövri kalibrləmə prossesi

“Təmiz Qaz” QSC -də 15 sentyabr - 15 oktyabr tarixlərində Regional mərkəzlər üzrə cihazların dövri kalibrləmə prossesi keçirilib.

“Təmiz Qaz” QSC tabeliyində qazanalizatorların kalibrləmə laboratoriyası da fəaliyyət göstərir.
Laboratoriyada sözügedən, qaz sızmalarını təyin edən cihazlarının kalibrlənməsi və, həmçinin, xüsusi cihazların vasitəsi ilə onların təmiri də həyata keçirilir.
Görülən işlərin sırasına cihazların gündəlik təmizlənməsi, vizual baxışdan keçirilməsi və Regional mərkəzlər (RM) üzrə tərtib olunmuş iş qrafikinə əsasən mobil laboratoriya vasitəsi ilə qazanalizatorlaırn dövri kalibrlənmə fəaliyyəti daxildir.

Texniki baxış zamanı istifadə olunan qazanalizatorlar illik kalibrləmə planına əsasən 10 regional mərkəzdə 4 ay (3 hissə) aralıqlarla həyata keçirilir. Hal hazırda mobil laboratoriya tərəfindən Şirvan və Lənkəran RM-də kalibrləmə prossesi davam edir.