Xəbərlər
03 İyun 2022

Bakı Ekspo Mərkəzində Xəzər regionunun neft-qaz və enerji sektorunun ən nüfuzlu şirkətlərinin təmsil olunduğu 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir

1 iyun tarixindən etibarən Bakı Ekspo Mərkəzində Xəzər regionunun neft-qaz və enerji sektorunun ən nüfuzlu şirkətlərinin təmsil olunduğu 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçirilir. Bakı Enerji həftəsi çərçivəsində baş tutan sərgidə “Təmiz Qaz” QSC-də təmsil olunub. Tədbir çərçivəsində “Təmiz Qaz” QSC tərəfindən yerinə yetirilən işlər, qaz xətlərinə texniki baxışda istifadə olunan avadanlıqlar barədə sərgi iştirakçılarına ətraflı məlumat verilir. Sərgi 3 iyun tarixinə qədər davam edəcəkdir.