Layihələr
Yeraltı magistral qaz kəmərləri və kranlara texniki baxışın keçirilməsi və sızmaların müəyyən edilməsi
Yeraltı magistral qaz kəmərləri və kranlara texniki baxışın keçirilməsi və sızmaların müəyyən edilməsi

 

2018-ci ildən başlayaraq bu layihə üzrə Qaz İxrac İdarəsinin sifarişi əsasında yeraltı magistral qaz kəmərlərinə və qaz kranlarına texniki baxışın keçirilməsi və qaz sızmlarının aşkar edilməsi işləri həyata keçirilir. Texniki baxış işlərinin həyata keçirilməsi üçün yüksək peşəkarlıqlı və xarici mütəxəssislər tərəfindən təlim almış işçilər cəlb edilmişdir. Qaz sızmalarının müəyyən edilməsi üçün müasir və son texnologiyaların tətbiqi ilə hazırlanmış qazanalizatorlardan istifadə edilir.

Texniki baxış işlərinin həyata keçirilməsi üçün müəsissəmiz təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların diaqnostikasına və digər texniki yoxlamalara, həmçinin maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasına verilmiş lisenziyaya, həmçinin qaz sızmalarının inspeksiyasının həyata keçirilməsi üçün AZS İSO/İEC 17020:2009 standartına uyğun akkreditasiyaya malikdir.

İl ərzində texniki baxış keçirilən obyektlər:

Yeraltı magistral qaz kəmərləri – 11 000 km

Yeraltı qaz kranları – 3 700 ədəd