Devices

SENSİT COLD G2
SENSİT GOLD “G2” cihazı partlayıcı, zəhərləyici boğucu qazları PPM, LEL və VOL % dərəcəsini ölçə bilmək üçün nəzərdə tutulmuşdur. SENSIT GOLD G2 cihazı xüsusilə çox çətin gedilə bilən sahələrdə qaz sızmalarını təsbit edə bilmək üçün ən mükəmməl cihazdır.
SENSİT PMD
Yalnız metan qazını qəbul edir -PPM, LEL və VOL % Səviyəsində ölçə bilir. Güclü pompa sayəsində qaz varlığını çox sürətli qəbul edir. 1 PPM qədər çox kiçik qaz sızmalarını qəbul etmə həssaslığı malikdir. Cihazı istər piyada, istərsə də maşına quraşdırılmış formada istifadə olunur.
SENSIT P400
SENSIT P400 cihazı işçini CO, HCN, H2S və ya SO2 kimi zəhərli qazlardan qapalı məkanlarda qorumaq üçün istifadə olunur. Cihazda 3 növ həyəcan siqnalı vardır.
Lazer Methane mini (LMm)
Lazer Methane mini (LMm) cihazla çətin gedilə bilən sahələrdə lazer şüasını kontrol edilən yerə yönəldərək qaz sızıntılarını və ya qaz sıxlıqlarını asanlıqla və doğru bir şəkildə təsbit edir. Bu cihazın ölçmə prinsipi metan qazının xarakteristik xüsusiyyəti olan lazer şüası müəyyən tezliklərdə ultrabənövşəyi şüaları hopmaq xüsusiyyəti üzərinə işlənib LAZER hazırlanmışdır.
C. SCOPE MXL
Yüksək keyfiyyətli C. Scope MXL və MXT yeraltı metal və çuqun boru və kabel xəttlərini asan və dəqiq təsbit edir.Yer altı xəttlərinə zərər yetirməmək üçün görüləcək qazıntı işlərinə başlamazdan əvvəl bu xəttlərin yerləşdiyi dərinliyi, mövqeləri və keçid yollarını C. SCOPE MXL və MXT cihazları ilə təsbit edilir. MXL boru arayıcı cihaz son texnologiya məhsulu rəqəmsal siqnal C.SCOPE əməliyyatından istifadə edərək en çətin mühit şərtlərində boru və kabel xəttlərını dəqiq və sürətli bir şəkildə tapır.
ULTRA-TRAC ® MJL
ULTRA-TRAC ® MJL boru kəməri sistemləri üzərində Boru ağzı tikişləri, təmir sıxacları və ya yardımçı birləşmə sxeminin yerinin dəqiqliklə müəyyən edilməsi üçün istifadə olunur. MJL boru kəmərləri və kanallar daxil olmaqla istənilən metal səthaltı strukturları aşkar edir. MJL tam eninə kəsiklərdə deyil, boru kəsiklərindəki dəyişiklikləri aşkar edir. Xarakterik xüsusiyyəti olmayan boru ilə irəliləyərkən sabit siqnal əldə edilir.
ULTRA Track APL
ULTRA Track APL metal, plastik, torpaq, fiberglas, (şüşə - lif) beton və daha bir çox burada saymadığımız materialdan düzəldilmiş boru xəttlərini yer altında təsbit etmək üçün hazırlanmış akustik sistemə əsaslanan bir cihazdır. Boru xəttinin üzərini örtən plomb maddəsi hansı materialdan olursa olsun (torpaq, çəmən, beton, asfalt, çınqıl və digərləri), bu cihaz müvəffəqiyyətli bir şəkildə vəzifəsini yerinə yetirir. Ultra Trac APL cihazı mühitdəki elektrik xəttlərindən təsirlənmir. Ağac kökləri, qaya, daş kimi yeraltı meydana gəlmələr maneə təşkil