Təmiz Qaz QSC Təmir Qrupu
Bakı şəhəri və Abşeron rayonu ərazisində məişət qaz sayğaclarının aşkar olunmuş sızmaların aradan qaldırılması layihəsi üzrə aşağıdakı işləri yerinə yetirir:

1. İş gedən sahəyə qazın verilişi kəsildikdən sonar küçə qaz kəmərindən sayğaca qədər yivli birləşmə və əymə istifadə olunmaqla çəkilmiş mövcud xətlərin üzərində olan fason hissələri və boru detalları ilə birlikdə küçə xəttinə birləşmə yerindən laqunda ilə kəsməklə və sayğacın köhnə qutusunun sökülməsi, sayğacın giriş-çıxış ştuserlərinin sökülməsi (açılması) ilə başlanır.
2. Küçə qaz kəməri üzərindəki sayğaca çəkilmiş köhnə xətti birləşdirən sasok kəsilərək çıxarılır və qaynaq vasitəsi ilə bağlanır (zaqluşka olunur)
3. Sayğaca qədər yeni çəkiləcək borunun ölçüsü götürülür, həmin ölçüyə uyğun olaraq kəsilir və dirsək birləşməsini əvəz etmək üçün soyuq boru əymə dəzgahında iki yerdən 90°bucaq altında əyilir
4. Dəzgahda əyilmiş borunun bir ucuna rezbaaçan vasitəsilə yiv açılır, yağlı ip istifadə etməklə müvafiq diametrdə ventil bağlanır, ventilin digər sərbəst ucuna ştuser+amerikanka bağlanır (köhnə ştuser istifadəyə yararsız olduqda təzəsi ilə əvəz olunur)
5. Ölçülərə uyğun kəsilmiş və dəzgahda əyilmiş borunun digər ucu elektrik qaynaq üsulu Ilə küçə xəttinə qaynaq olunur.
6. Sayğacın təyin olunmuş yeni yerinə təzə sayğac qutusunun altlığı dupil vasitəsi ilə bərkidilir, sayğac ştuserlərə bağlanır və təzə qutu öz yerinə bərkidilir.
7. Yeni çəkilmiş xəttdə qaz sızmasının olması xüsusi avadanlıq vasitəsi ilə yoxlanılır, sayğac metrologiya xidməti tərəfindən qeydiyyata alınır və plomp vurulur
8. Yeni xətt yağlı boya ilə ikiqat rənglənir
9. Söküntüdən çıxan materiallar Texniki İstismar Xidmətinə təhvil verilir, müvafiq təhvil-qəbul aktı tərtib olunur və imzalanır.


Foto qalereya