20 Sentyabr-Neftçilər günü

   Ölkəmizdə neftçi peşəsinə hər zaman böyük hörmət və rəğbət bəslənilmişdir. Təsadüfi deyildir ki, neft-qaz sənayesi ölkə iqtisadiyyatının aparıcı qüvvəsi, regionda stabillik zəmanətidir. Neft-qaz sənayesi elmin, texnikanın, kimyanın, maşınqayırma sənayesinin, proqramlaşmanın və digər sahələrin inkişafına kömək edir və onları stimullaşdırır.

   Neftçilər günü- cəsarətli və güclü insanların peşə bayramıdır. Bu peşə yüksək ixtisas və dözüm tələb edir. Ölkəmiz və onun inkişafı üçün Sizlərin iş fəaliyyətiniz çox vacibdir. Bu işə çoxlarınız öz həyatınızı həsr etmisiniz. Bunun nəticəsi olaraq, dövlətimizin neft-qaz sənayesi və neftçilərə göstərdiyi qayğı və diqqət də təqdirəlayiqdir.

   Neft-qaz işçilərini  peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik və  gələcəkdə daha yaradıcı və səmərəli iş fəaliyyəti, tükənməyən həyat enerjisi, bütün işlərinizdə uğurlar, möhkəm can sağlığı və yüksək rifah arzu edirik!

      

Foto qalereya