Layihələr

     Biz “Təmiz Qaz” QSC olaraq “Azəriqaz” İB-ə aid olan aşağı, orta təzyiqli yeraltı, yerüstü xarici qaz kəmərlərinə, onların üzərində quraşdırılmış qaz tənzimləyici qurğulara, yeraltı, yerüstü siyirtmələrə və qaz quyularına texniki baxış keçiririk.Qaz tənzimləyici qurğulara texniki baxış keçirməklə bərabər onların nizamlanmasını və təmir işlərini həyata keçiririk. Biz “SOCAR”-ın "Qaz İxrac" idarəsinə aid olan Astara-Qazməmməd yüksək təzyiqli magistral qaz kəmərinə texniki baxış keçirilməsində birgə əməkdaşlıq etmişik.Respublika daxilində bir neçə özəl şirkətlərə məxsus qaz kəmərlərinə texniki baxışın keçirilməsi haqqda müqavilələrimiz vardır və davam etməkdədir.Bizim bu servis xidmətlərini genişləndirmək prioritet planlarımızdandır.

    “Təmiz Qaz” QSC -nin  “Azəriqaz” İB ilə axırıncı öhdəliklərindən və layihələrindən ən önəmlisi çilingər üsulu ilə abonetlərin sağacları ilə daşıyıcı xarici qaz kəmərləri arasındakı, qaz xəttlərində  sızmaların aradan götürülməsi (yəni təmiri) layihəsi üzərində iş aparılır.

      “Təmiz Qaz” QSC -ə MDB dövlətlərindən olan Qazaxıstan Respublikası, Türkmənistan Respublikası və Rusiya Fedarasiyasından birgə iş aparılması haqqda təkliflər daxil olmuşdur.

       Qaz dedektorları istehsalı və satışı ilə məşğul olan dünyada tanınan ABŞ-ın “Sensit Technologies” və Türkiyənin “DMS” Dış Ticaret şirkətləri ilə uzun müddətli əməkdaşlıq etmək haqqda müqavilələrimiz mövcuddur.

      Qaz dedektorlarının istehsalında ön sıralarda dayanan Almaniyanın “Esders” şirkəti ilə əməkdaşlıq etməyə başlamışıq. Hal-hazırda şirkətin istehsal etdiyi qaz dedektorlarını bizim xətt baxıcıları tərəfindən istehsalatda  sınaqdan keçirilir .