Mobil Qrup
Mobil qrupları yeraltı, orta və aşağı təzyiqli xarici qaz kəmərlərinə texniki baxış keçirirlər. Əsasən “PMD” qaz detektorlarından istifadə edirlər. İş prinsipi əsasən iki formada tənzimlənmişdir: maşınlarla "PMD" detektoru və piyada üsul ilə SENSİT GOLD “G2”   cihazların köməyi ilə. Mobil qruplar yer altında çəkilmiş polad və polietilen boruların istiqamətini və dərinliyini istifadəmizdə olan “C-Scope MXL” və “Ultra Trac MSL” cihazlarının köməyi ilə təyin edə bilir. Bu cihazların köməyi ilə mobil qruplar tez bir zamanda yeraltı sızmaların yerini və səviyyəsini aşkar edir, gələcəkdə baş verə biləcək partlayışların qarşısını almağı bacarırlar.

Foto qalereya