Haqqımızda

Yaranması:

"Təmiz Qaz" Layihəsi 09 iyul 2014-cü ildə   yaradılmışdır. 2016-cı ilin mart  ayında Layihənin əsasında «Təmiz Qaz» QSC -i  yaradılmışdır.
QSC-nin  əsas vəzifəsi:
"Azəriqaz" İB və digər müəssisə və təşkilatların  sifarişləri  əsasında Respublikanın şəhər və rayonlarında:

  • xarici qaz kəmərlərinə (yeraltı və yerüstü), 
  • onların üzərində quraşdırılmış qaz avadanlıqlarına ( qaz tənzimləyici       qurğuları, açıcı və bağlayıcı kran və siyirtmələr və s.),
  • yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı   quyulara ( qaz, su, kanalizasiya, rabitə, elektrik)   gəzmə üsulu ( piyada ) və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə dövrü texniki baxış, sazlama və cari təmir işlərini yerinə yetirməkdən ibarətdir.
  • Texniki baxış zamanı qaz kəmərlərində və avadanlıqlarında qaz sızmalarının yerlərini, dərəcələrini  müəyyən etmək üçün xüsusu avadanlıqlarla  təchız olunmuş avtomaşınlardan,  mobil qurğulardan, xüsusu detektorlardan,  yeraltı kabellərin,polietilen və polad boruların yeraltı istiqamətini, kəsişmə və qaynaq nöqtələrini  müəyyən edən cihazlardan istifadə olunur.

Əsas məqsəd :                                                                                                                           

qaz sızmalarının yerini və dərəcəsinin vaxtında aşkar etməklə  baş verəbiləcək  yanğın, parlayışların qarşısını almaq, qaz itkilərinin həcminin azaldılmasına yardımçı olmaq və ətraf mühitin qorunmasıdır.

Foto qalereya